Bank Of Baku

Azərbaycanda əhalinin bank əmanətlərinin məcmu öhdəliklərdə xüsusi çəkisi azalır

Azərbaycanda əhalinin bank əmanətlərinin məcmu öhdəliklərdə xüsusi çəkisi azalır
# 27 noyabr 2008 09:37 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklarda yerləşdirilmiş əhalinin əmanətlərinin məcmu bank öhdəliklərində xüsusi çəkisi 2008-ci ilin noyabr ayının 1-nə 21% təşkil edib. Azərbaycan Milli Bankının (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, noyabrın 1-nə əhalinin əmanətlərinin həcmi 1 794 mln. manat təşkil etdiyi halda, öhdəliklərin həcmi (bankların məcmu kapitalı çıxıldıqdan sonra bank passivlərinin həcmi) 8 531 mln. manata bərabər olub.
Qeyd edək ki, əmanətlərin öhdəliklərdə xüsusi çəkisi il ərzində 5,1 faiz bəndi, cari ilin əvvəlindən isə 4,7 faiz bəndi azalıb. Ümumilikdə, son iki il ərzində bu göstəricinin azalma tendensiyası müşahidə olunur:



Əmanətlərin öhdəliklərdə xüsusi çəkisi nisbi göstərici olduğuna görə, müxtəlif amillərdən asılıdır. O cümlədən, onun cari ildə müşahidə olunan azalması öhdəliklərin digər mənbələrinin genişlənməsi ilə bağlıdır. Belə ki, ilin əvvəlindən öhdəliklərin artımı 49% təşkil etdiyi halda, əmanətlərin artım tempi 22%-ə bərabər olub. Eyni zamanda, öhdəliklərdə mühüm paya malik olan maliyyə sektorundan alınmış kreditlər və depozitlər ilin əvvəlindən təxminən 80% artıb. Bunun nəticəsində, əmanətlərin öhdəliklərdə xüsusi çəkisi azalıb.
Qeyd edək ki, əhalinin bank əmanətlərinin əsas hissəsi müddətli olduğuna görə, bu öhdəliklər banklar üçün likvidliyin idarə edilməsi baxımından çox əhəmiyyətlidir. Azərbaycanda bu göstərici məqbul səviyyədədir və əhali tərəfindən banklara olan yüksək etibarlılığı əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR