Bank Of Baku

«Unibank» SKB «Assessment center» layihəsinin icrasına başlayıb

«Unibank» SKB «Assessment center» layihəsinin icrasına başlayıb
# 27 noyabr 2008 11:12 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) «UniTraining» mərkəzi yeni qiymətləndirmə mərkəzi – «Assessment Center» layihəsinin icrasına başlayıb.
Bankın baş ofisindən «APA-Econiomics»ə verilən məlumata görə, «Assessment Center» işçilərin qiymətləndirilməsi sistemidir. Bu sistemin digər analoqlardan fərqi ondan ibarətdir ki, psixoloji testlərin və müsahibələrin tətbiq edilməsindən əlavə, bu sistem həm də davranış tapşırıqlarından və işgüzar oyunlardan istifadə edir. İşgüzar oyunların gedişində iştirakçılar real vəziyyəti, peşəkar məsələlərin həllini, müştərilərlə danışıqları və digərinin modelini qururlar. Həmçinin, bu sistem hər bir işçinin şəxsi və peşəkar keyfiyyətlərinin tam təsvirini əldə etməyə imkan verir. Bundan əlavə, bu cür yanaşma zamanı qiymətləndirmə obyektiv şəkildə yerinə yetirilir, çünki bu prosesdə eyni zamanda müxtəlif tərəflərin təmsilçiləri – ekspertlər və iştirakçıların özləri iştirak edirlər. Bank pilot layihənin həyata keçirilməsi üçün Frankfurt Biznes Məktəbinin eksperti, personalın qiymətləndirilməsi üzrə mütəxəssis xanım Yuta Zyurbomu Bakıya dəvət edib.
Qeyd edək ki, «Assessment Center» sistemi artıq «Bank of America» (ABŞ), HSBC (Böyük Britaniya), «Bank of China» (Çin), «Alfabank» (Rusiya), «Mitsubishi UFJ Financial» (Yaponiya), «Societe Generale» (Fransa) və digər iri banklarda tətbiq edilib.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 18 filialı, 52 bankomatı və 253 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR