Bank Of Baku

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri yanvar-sentyabr aylarında 9,2 mlrd. manat olub

Azərbaycan Dövlət Neft Fondunun gəlirləri yanvar-sentyabr aylarında 9,2 mlrd. manat olub
# 27 noyabr 2008 12:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 2008-ci ilin yanvar-sentyabr ayları ərzində 9 190,2 mln. manat, büdcə xərcləri isə 2 498,2 mln. manat təşkil edib.
ARDNF-dan «APA-Economics»ə verilən məlumata əsasən, daxilolmaların strukturunda neft sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlərin payına 9 127,2 mln. manat düşür. O cümlədən, mənfəət neftinin satışından 9 060,7 mln. manat, akrhesabı ödənişlərdən 0,8 mln. manat, bonus ödənişlərindən 2,8 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 2,4 mln. manat, Bakı-Tiflis-Ceyhan boru kəməri layihəsi üzrə dividendlər şəklində 60,4 mln. manat, tranzit haqqı kimi 0,1 mln. manat əldə edilib.
Hesabat dövründə ARDNF-in 2008-ci il büdcəsinin icrası çərçivəsində 2 190 mln. manat həcmində vəsait dövlət büdcəsinə transfer edilib, 135,8 mln. manat Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihəsinin maliyyələşdirilməsinə, 85,5 mln. manat qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə, 79,5 mln. manat Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına, 3,7 mln. manat Bakı-Tiflis-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə, 0,6 mln. manat «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə ayrılıb. Bundan başqa, Fondun idarə edilməsi ilə bağlı xərclərə 3,1 mln. manat sərf olunub.
Qeyd edək ki, nəticədə Dövlət Neft Fondunun aktivləri cari ilin əvvəlindən 4 dəfə artaraq oktyabrın 1-nə 8 378,8 mln. manata (10 382,2 mln. ABŞ dolları) çatıb. Fondun vəsaitlərinin idarə olunmasından 63 mln. manat məbləğində gəlir əldə olunub. Cari ildə ARDNF 22,5 mln. manat məbləğində vergi ödəyib, valyuta aktivlərinin yenidən qiymətləndirilməsi ilə bağlı büdcədənkənar xərcləri isə 383,1 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR