Bank Of Baku

«Atəşgah Sığorta» bu il sığorta daxilolmalarını 15 mln. manata çatdıracaq

«Atəşgah Sığorta» bu il sığorta daxilolmalarını 15 mln. manata çatdıracaq
# 27 noyabr 2008 13:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Atəşgah Sığorta» şirkətinin daxilolmalarının həcminin 2008-ci ilin sonuna 15 mln. manata çatacağı proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin baş direktoru Azər Əliyev bildirib.
A.Əliyevin sözlərinə görə, şirkətin strateji planında 2008-ci il üzrə sığorta haqlarına dair gəlirlərin 15 mln. manat proqnozlaşdırılır: «Bu rəqəmi nəzərə alaraq deyə bilərəm ki, şirkətin cari ilin sonuna gözlənilən proqnozlar tam icra ediləcək».
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin sığorta haqlarının həcmi 13,97 mln. manat, ödənişləri isə 3,17 mln. manat olub. Bu müddət ərzində şirkətin sığorta haqlarının xüsusi çəkisi respublika üzər məcmu sığorta daxilolmalarında 9,39%, ödənişlərdə isə 7,85% təşkil edib.
«Atəşgah Sığorta» şirkəti 1996-cı ilin dekabr ayından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «İSR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» (21%) şirkətləri çıxış edir. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR