Bank Of Baku

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında 27 mln. dollarlıq kredit sazişi imzalanıb

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında 27 mln. dollarlıq kredit sazişi imzalanıb
# 28 noyabr 2008 10:58 (UTC +04:00)
Sənədi əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov və DB-nın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçak imzalayıblar.
«APA-Economics»in məlumatına görə, imzalanma mərasimində çıxış edən F.Ələkbərov bildirib ki, 1995-ci ildən sonra Azərbaycanda işsizlik səviyyəsi təxminən üç dəfə azalıb, minimum əmək haqqı 68, orta aylıq əmək haqqı isə 20 dəfədən çox artıb. Son 5 il ərzində Azərbaycanda 740 min iş yeri açılıb ki, bunun 530 mini daimidir.
Layihənin təqdimatı ilə çıxış edən ƏƏSMN-nin beynəlxalq əlaqələr şöbəsinin müdiri Elnur Sultanov isə bildirib ki, layihə bu ilin mayın 27-də DB-nın Direktorlar Şurası tərəfindən təsdiq edilib. İcra müddəti 2008-2013-cü illəri əhatə edən layihənin ümumi dəyəri 54,6 mln. ABŞ dolları təşkil edir. Bu vəsaitinin 26,7 mln. dolları DB tərəfindən kredit şəklində, qalan 27,9 mln. dollar isə Azərbaycan hökuməti tərəfindən maliyyələşdiriləcək. Layihənin əsas icraçıları ƏƏSMN və Dövlət Sosial Müdafiə Fondudur.
Layihə Azərbaycan hökumətinin sosial müdafiə sisteminin inkişafına yönəlmiş islahat səylərinin başa çatdırılmasına yardım göstərəcək. Layihənin əsas məqsədi ölkədə sosial müdafiə qurumlarının fəaliyyətini gücləndirmək, ünvanlılığı təkmilləşdirmək və sosial müdafiə xidmətlərini yaxşılaşdırmaq, nazirliyinin kadr potensialını gücləndirmək və iş proseslərini tam avtomatlaşdırmaq, sosial siyasət və proqramların monitorinq və qiymətləndirmə vasitəsilə sosial müdafiə mexanizmlərini təkmilləşdirmək, ölkədə pensiya sistemini inkişaf etdirməkdir. Layihənin icrası nəticəsində ölkədə əmək bazarı institutları modernləşdiriləcək və gücləndiriləcək, məşğulluq xidmətlərinin və əmək bazarı ilə bağlı proqramlarının aktuallığı, keyfiyyəti artırılacaq. Eyni zamanda, çətin şəraitdə olan uşaqlar, gənclər, zəif müdafiə olunan qadınlar, əlillər və ahıllar üçün sosial iş, qayğı və reabilitasiya xidmətlərinin çeşidi və keyfiyyəti yaxşılaşdırılacaq, əlilliyin qiymətləndirilməsi ilə bağlı xidmətlər təkmilləşdiriləcək.
Q.Yedjeyçak bu layihənin Azərbaycan hökuməti ilə həyata keçirdiyi ilk birgə tədbir olmadığını söyləyib: «Ona görə də kifayət qədər nikbin ruhda çıxış edirəm. Mənim şübhəm yoxdur ki, layihə uğurla həyata keçiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR