Bank Of Baku

«UniBank» bu il pulköçürmə sistemlərindən mənfəətini 2,4 dəfə artırıb

«UniBank» bu il pulköçürmə sistemlərindən mənfəətini 2,4 dəfə artırıb
# 28 noyabr 2008 11:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) 2008-ci ilin yanvar-noyabr aylarında pulköçürmə sistemləri üzrə ümumi dövriyyəsinin həcmi 32 mln. ABŞ dolları təşkil edib ki, bu da ötən ilin 11 ayı ilə müqayisədə 88,2% çoxdur. Bunu «APA-Economics»ə açıqlamasında bankın pərakəndə bank xidmətləri üzrə bölmə meneceri Rəşad Mailov bildirib.
R.Mailovun sözlərinə görə, pulköçürmə sistemləri üzrə bu müddət ərzində bank təxminən 480 min dollar həmində mənfəət əldə edib. Ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə isə bu sistemlər üzrə əldə edilən mənfəətin həcmi 2,4 dəfə artıb.
Qeyd edək ki, hazırda bank «Western Union», «Migom», «Contact», «Bıstraya poçta», «Lider», «Faster» və «Zolotaya Korona» sürətli pulköçürmə sistemlərinin üzvüdür.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR