Bank Of Baku

«Bank Respublika» ipoteka kreditləşməsi üçün DEG Korporasiyasından 12,5 mln. dollar kredit alıb

«Bank Respublika» ipoteka kreditləşməsi üçün DEG Korporasiyasından 12,5 mln. dollar kredit alıb
# 28 noyabr 2008 12:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) ilə Almaniyanın DEG İnvestisiya Korporasiyası arasında 12,5 mln. ABŞ dolları həcmində yeni kredit müqaviləsi imzalanıb.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumat görə, 8 illik sazişə əsasən, cəlb olunacaq vəsaitlər Azərbaycanda ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldiləcək.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelindən bankın kapitalında «25%+1 səhm» iştirak paketinə sahibdir. Cari ilin oktyabr ayının nə bankın aktivlərinin həcmi 405,1 mln. manat, kredit portfeli 279,3 mln. manat, depozit portfeli 147,4 mln. manat, məcmu kapitalı 43,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR