Bank Of Baku

«UniBank» gələn il ipoteka kreditlərini bahalaşdıracaq

«UniBank» gələn il ipoteka kreditlərini bahalaşdıracaq
# 28 noyabr 2008 13:44 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ildə ipoteka kreditləri bazarına yeni şərtlərlə çıxmaq niyyətindədir. «APA-Economics»in məlumatına görə, bunu bankın İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.
F.Hüseynovun sözlərinə görə, hazırda bankın ipoteka kreditləri üzrə portfeli 40 mln. manat təşkil edir. Növbəti ildə ipoteka kreditlərinin şərtlərində, o cümlədən müddəti və faiz dərəcələrində bazardakı vəziyyətə uyğun dəyişikliklər olacaq.
Kreditlərin faiz dərəcəsinə gəldikdə isə sədr bunun 17-21% civarında olacağını, müddətinin isə hələ dəqiq bəlli olmadığını bildirib.
Qeyd edək ki, bankın ipoteka kreditləri üzrə son şərtlərinə əsasən, kreditlər ilkin ödəniş 30% olmaqla, 1-15 il müddətinə, 10-150 min manat məbləğində və illik 17-19% dərəcəsi ilə ayrılıb.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR