Bank Of Baku

«Palbank» lisenziya ilə bağlı müraciətini geri götürüb

«Palbank» lisenziya ilə bağlı müraciətini geri götürüb
# 28 noyabr 2008 14:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda bank fəaliyyəti göstərmək niyyəti olan «Palbank» («Palmali Holding») Milli Banka (AMB) ünvanladığı müraciəti geri götürüb.
AMB-nin Kredit təşkilatlarının fəaliyyətinə nəzarət Departamentinin direktoru Rəşad Orucovun «APA-Economics»ə verdiyi məlumata görə, lisenziyanın alınması üçün mərkəzi banka edilən müraciətin geri götürülməsinin səbəbləri məlum deyil.
R.Orucov qeyd edib ki, AMB-yə bank lisenziyası ilə bağlı yalnız «AzFinance Bank» tərəfindən müraciət olunub və hazırda AMB-də bu müraciət müzakirə olunur.
Qeyd edək ki, hazırda Azərbaycanda 45 bank təşkilatı fəaliyyəti göstərir ki, bunların da ikisinin baş ofisi regionda (Gəncə, Naxçıvan) yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR