Bank Of Baku

«Bank Standard»ın 7 filialı «T24» proqram təminatı ilə təchiz edilib

«Bank Standard»ın 7 filialı «T24» proqram təminatı ilə təchiz edilib
# 28 noyabr 2008 14:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) artıq 7 filialını («Arena», «Səkkizinci», «Quba», «Bakıxanov», «Ulduz», «Əcəmi» və «Elm») «T24» proqram təminatı ilə təchiz edilib. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, artıq bankın xidmət məntəqələrinin 35%-i «Temenos» şirkətinin «T24» proqramı təminatı ilə işləyir.
Bankın İnformasiya Texnologiyaları Departamentinin direktoru Fərid Zeynalovun sözlərinə görə, yeni proqram təminatının gələn həftənin sonuna kimi 3 nömrəli şöbədə (Sarayevo küçəsi,13a), ilin sonuna kimi isə ən azı bir regional filialda tətbiq ediləcəyi gözlənilir.
Qeyd edək ki, «Bank Standard» İsveçrənin «Temenos» şirkətinin proqram təminatını tətbiq edən ilk Azərbaycan bankıdır.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit portfeli 441,570 mln. manat, depozit portfeli 173,036 mln. manat, məcmu kapitalı 85,914 mln. manat, o cümlədən nizamnamə kapitalı 50 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 16 filialı, 48 bankomatı və 350 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR