Bank Of Baku

Azərbaycanda «Bələdiyyə ilə ictimaiyyət münasibətlərinin vəkilliyi» layihəsi çərçivəsində jurnalistlər arasında yazı müsabiqəsi keçirilir

Azərbaycanda «Bələdiyyə ilə ictimaiyyət münasibətlərinin vəkilliyi» layihəsi çərçivəsində jurnalistlər arasında yazı müsabiqəsi keçirilir
# 29 noyabr 2008 08:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək» İctimai Birliyinin Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə keçirdiyi «Bələdiyyə ilə ictimaiyyət münasibətlərinin vəkilliyi» adlı layihəsi çərçivəsində jurnalistlər arasında müsabiqə elan edib.
İctimai Birlikdən «APA-Economics»ə verilən məlumata görə, «Bələdiyyə və cəmiyyət münasibətləri» mövzusunda keçirilən yazı müsabiqəsinin şərtlərinə əsasən, yazılar bələdiyyə ilə cəmiyyət münasibətləri kontekstində, özünüidarə institutunun cəmiyyətdəki rolu, ictimaiyyətlə əlaqələri, bələdiyyə büdcəsinin formalaşmasında bələdiyyə istiqrazlarının vacibliyi və digər məsələlər əksini tapmalıdır.
Cari ilin dekabrın 20-dək dövrü mətbuatda dərc olunacaq bu səpkili yazılar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Nəticədə, I yerin qalibi 200 manat, II yerin qalibi 100 manat məbləğində mükafatlandırılacaq. Göstərilən tarixədək dərc olunan yazıların elektron variantı [email protected] ünvanına göndərilməlidir. Qaliblərin adı dekabr ayının sonunadək elan olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR