Bank Of Baku

Azərbaycanın bank sistemində uzunmüddətli maliyyə resurslarının payı artır

Azərbaycanın bank sistemində uzunmüddətli maliyyə resurslarının payı artır
# 29 noyabr 2008 08:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarında hüquqi və fiziki şəxslər tərəfindən yerləşdirilən əmanət və depozitlərin ümumi həcminin 46,2%-i bir ildən artıq müddətə qoyulan depozitlərin payına düşür. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Milli Bankının (AMB) 2008-ci ilin sentyabr ayı üzrə hazırladığı pul icmalında bildirilir. Qeyd edək ki, 2007-ci ilin oktyabrın 1-nə bir ildən artıq müddətə qoyulan depozitlərin payı 36,2%-ə bərabər olub. Ümumilikdə, cari ilin oktyabrın 1-nə depozitlərin həcmi son bir il ərzində 41,5% artaraq 4 207,2 mln. manata çatıb.
Cari ilin oktyabr ayının 1-nə bir ildən artıq olan depozitlərdən başqa depozitlərin ümumi strukturunda 9 aydan 1 ilə qədər müddətə qoyulan vəsaitlərin xüsusi çəkisi il ərzində 1,2 faiz bənd artaraq 34,9%-ə çatıb. Beləliklə, banklarda yerləşdirilən depozitlərin 81,1%-i 9 aydan artıq olan depozitlərin payına düşür.
Dünya praktikasında 9 ay müddətinə, hətta 1 il müddətinə maliyyə qoyuluşları uzunmüddətli sayılmasa da, Azərbaycan bank sektorunda kreditləşmənin xüsusiyyətləri nəzərə almaqla qeyd etmək olar ki, bankların maliyyə dayanıqlığı yüksək səviyyədədir. Azərbaycanda bankların verdiyi kreditlərin həcmində adətən qısamüddətli istehlak kreditləri böyük paya malikdir ki, bu da bankların likvidliyin müddət üzrə tarazlaşdırılmasının nəticəsidir.
Qeyd edək ki, son vaxtlar Azərbaycanda uzunmüddətli kreditlərin xüsusi çəkisi artmaqdadır və bu, öz növbəsində banklarda yerləşdirilən maliyyə resurslarının müddətlərinin uzadılması ilə birbaşa bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR