Bank Of Baku

Beynəlxalq ekspertlər: Dünya fond birjalarında müşahidə olunan böhran artıq başa çatır

Beynəlxalq ekspertlər: Dünya fond birjalarında müşahidə olunan böhran artıq başa çatır
# 29 noyabr 2008 08:55 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, ekspertlərin fikrincə, müşahidə olunan enmə tendensiyası nəticəsində dünya fond bazarlarında göstəricilər artıq mümkün minimuma çatıb və yaxın zamanlarda birjalarda kotirovkaların yüksəlməsini gözləmək olar.
«Reuters» Agentliyinin verdiyi məlumata görə, bunu bir sıra amil də təsdiqləyir. İlk növbədə mütəxəssislər oktyabr ayında fond bazarlarında dəyişkənlik indeksinin 8% düşməsini qeyd edir ki, bu da investorlar arasında artıq çaxnaşmanın olmadığını və vəsaitlərini fond bazarlarından çıxarılması prosesinin başa çatdığını göstərir. Eyni zamanda, bazarı xarakterizə edən müxtəlif parametrlərin enmə templərinin azalması bazar iştirakçılarını müsbət proqnozlar verməyə vadar edir.
Həmçinin, analitiklər hesab edirlər ki, səhmlərin son 1,5 il ərzində təxminən 50% ucuzlaşması şəraitində hazırda onların alınması üçün ən əlverişli vaxtdır. Qeyd edək ki, dünyanın ən iri investisiya fondları qiymətli kağızların alınmasını artıq bərpa edib.
Eyni zamanda, ekspertlər dünya fond indekslərinin yaxın vaxtlarda çox sürətli artımının gözləndiyini bildirirlər. Halbuki oktyabrda aparıcı indekslər orta hesabla 20% artıb. Ümumilikdə, iqtisadçıların fikrincə, fond bazarının tam sabitləşməsi, yəni böhrandan əvvəlki səviyyəyə qayıtması 5-6 aydan sonra baş verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR