Bank Of Baku

«Parabank» ilin əvvəlindən aktivlərini 59% artırıb

«Parabank» ilin əvvəlindən aktivlərini 59% artırıb
# 01 dekabr 2008 06:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivləri 2008-ci ilin noyabr ayının 1-nə 65,7 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə olan göstərici ilə müqayisədə 58,8% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 94,7% artaraq 42,3 mln. manata, o cümlədən fiziki şəxslərə verilmiş istehlak kreditlərinin həcmi 4,7 mln. manat olub. Bu müddət ərzində bankın depozit portfeli 85,4% artaraq 34,2 mln. manata, fiziki şəxslərdən cəlb edilmiş əmanətlərin həcmi isə 2 dəfədən çox artaraq 31 mln. manata çatıb.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında bankın gəlirləri 8,2 mln. manat, o cümlədən faiz gəlirləri 6,6 mln. manat, qeyri-faiz gəlirləri isə 1,6 mln. manat olub. Bu ilin noyabr ayının 1-nə bankın məcmu kapitalı 11,8 mln. manat olub.
Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 9 bankomatı və 133 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR