Bank Of Baku

«UniBank» yaxın aylarda filial şəbəkəsini 30% genişləndirəcək

«UniBank» yaxın aylarda filial şəbəkəsini 30% genişləndirəcək
# 01 dekabr 2008 06:29 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin dekabr ayı ərzində iki yeni filial açmaq niyyətindədir. Bankın İdarə Heyətinin sədri Faiq Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, filiallardan biri Mingəçevir şəhərində, ikincisi isə paytaxtın Bakıxanov qəsəbəsində açılacaq: «Yeni iki filialı yaxın iki həftə ərzində açmağa hazırlaşırıq».
F.Hüseynov həmçinin bildirib ki, yaxın 4 ay ərzində bank daha 4 filial açmağı nəzərdə tutub. Bunun 3-ü Abşeronda, daha biri Lənkəran rayonunda açılacaq.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 22 filialı fəaliyyət göstərir.
Xatırladaq ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR