Ötən həftə ərzində dolların birja məzənnəsi (Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində aparılan ticarətin əməliyyatlarının nəticəsi üzrə orta göstərici) 0,8085 manatdan 0,8074 manatadək dəyişib, yəni dollar 0,14% ucuzlaşıb. Qeyd edək ki, hesabat dövründə rəsmi məzənnə 0,12%, nağd alış məzənnəsi (banklar üzrə orta göstərici) 0,14%, nağd satış məzənnəsi isə 0,13% enib:
Göründüyü kimi, ötən həftə dolların məzənnəsinin bir qədər enməsi müşahidə olunub. Həcm göstəricilərinə gəldikdə isə, burada kəskin dəyişkənlik müşahidə edilib. Belə ki, bir ticarət gününün dövriyyəsi (28.11.2008) həftənin ümumi dövriyyəsinin 93%-ni təşkil edib. Bu, birja valyuta bazarında əqdlərin çox zaman sövdələşməli, istiqamətli xarakter daşıdığını göstərir. Analoji vəziyyət həmçinin mərkəzi bankın bazara manat müdaxiləsi ilə, həm də valyutada olan vəsaitlərin manata konvertasiyası çərçivəsində kommersiya bankları arasında aparılan birdəfəlik əqdlərlə bağlı ola bilər.
Ötən həftə birja bazarında avro ilə əqdlər üzrə fəallıq müşahidə olunub. Ticarətin ümumi həcmi 705 250 avro təşkil edib. Bununla belə, avronun rəsmi məzənnəsi həftə ərzində nəzərə çarpan dərəcədə yüksəlib:
Avro məzənnəsinin ümumi həftəlik bahalaşması 2% təşkil edib. Bu, həftə ərzində dünya bazarlarında avronun dollara qarşı bahalaşması ilə bağlı olub. Qeyd edək ki, birja bazarında avro ilə bağlanılan əqdlər üzrə məzənnələr həmin günlərdə olan rəsmi məzənnədən, demək olar ki, fərqlənməyib.