Bank Of Baku

«NBCBank» yaxın günlərdə yeni filial açacaq

«NBCBank» yaxın günlərdə yeni filial açacaq
# 01 dekabr 2008 07:57 (UTC +04:00)
Bakı Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlərdə Sumqayıt filialını istifadəyə vermək niyyətindədir.
Bankın İdarə Heyətinin sədr müavini Yusif Abdullayevin «APA-Economics»ə verdiyi məlumata görə, filialın açılması ilə bağlı təsis sənədləri artıq Azərbaycan Milli Bankına təqdim olunub. Yaxın günlərdə mərkəzi bank tərəfindən müvafiq icazənin verilməsi gözlənilir.
Y.Abdullayevin sözlərinə görə, hazırda bankın respublika üzrə 6 filialı fəaliyyət göstərir: «Ümumiyyətlə, bankın üç illik strateji planında 2008-2010-ci illərdə əlavə 4 yeni filialın açılması nəzərdə tutulub».
Xatırladaq ki, «NBCBank» SKB 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb və 2002-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 37,414 mln. manat, kredit portfeli 30,516 mln. manat, depozit portfeli 12,785 mln. manat, məcmu kapitalı 14,875 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR