Professor Esfəndər Korkmaz: “Maliyyə böhranı bir neçə il davam edəcək”
- Dunya iqtisadi böhranı haradan başladı, hara geldi, haraya doğru yol aldı?
- Dünya iqtisadi böhranı 2007-ci ilin payızında ABŞ-da “mortgage” (əmlak kreditləri) sahəsində böhranın yaranması ilə başladı. Maliyyə sektorunda başlayan bu böhran getdikcə istehsalat sahələrini də təsiri altına aldı. Bu böhran bankların kreditləri kəsməsi şəklində də özünü göstərdi. Yəni qloballaşma prosesində dünyada dolaşan sərmayə və getdikcə yayğınlaşan fondlar durğunluq mərhələsinə girdi. Qloballaşma prosesinin ən böyük xüsusiyyəti sərmayənin dünya üzrə sərbəst hərəkəti idi. Bu sərmayə hərəkət etdi, ancaq məsələn, əmək hərəkət etmədi, əmtəə hərəkətləri məhdud qaldı. Məsələn, gömrüklər heç vaxt ləğv edilmədi. Bu şərtlər altında dünyadakı qloballaşma prosesi sanki sərmayənin hakimiyyəti altına girdi. Belə olanda maliyyə sektoru ilə istehsalat sektoru arasındakı tarazlıq pozuldu. Yəni banklar və ya birjalar real istehsalat sektorunun əleyhinə şişdi, böyüdü. O qədər şişdi ki, məsələn, ABŞ-da 1 dollarlıq “mortgage” kreditinin qarşılığında bazarda 88 dollarlıq kağız dolaşmağa başladı. Yəni hər hansı bir bank 1 dollarlıq “mortgage” krediti açmış, bunun qarşılığında bir fond yaratmışdır. O fondları toplamış və ikinci fond yaratmışdır. Bunu sığorta edən başqa bir şirkət öz fondunu yaratmışdır. Beləliklə, bazarda 1 dolların qarşılığında 88 dollarlıq kağız dolaşmağa başladı. Bazarda bunların qarşılığının olmamasına bir də daşınmaz əmlak qiymətlərindəki azalmalar əlavə olununca bu kağızlar “zərərli kağızlar”a çevrildilər. Bu da dünyada maliyyə böhranına səbəb oldu. Meydana çıxan bu böhran əlbəttə ki, iqtisadi böhrana çevriləcəkdi, çünki maliyyə sektoru ilə istehsalat sektoru iç-içədir. İqtisadiyyatda bütün sektorlar bir-biriylə əlaqəlidir. Buna görə də bir çox beynəlxalq səviyyəli şirkət, xüsusilə avtomobil sənayesinə aid olan firmalar çətin vəziyyətdə qaldılar. İndi artıq sərmayə də əvvəllər olduğu kimi dolaşmır, çox az dolaşır. Bu şərtlər altında hər kəs öz güvənli limanına çəkildi – hər kəs öz “qabığına” girdi. Dərinləşən böhran qarşısında sadəcə, maliyyə sektoru ilə bağlı tədbirlər görmək – yəni ABŞ, Avropa Birliyi ölkələri və hətta Çinin etdiyi kimi - bazara yalnız pul dəstəyi vermək kifayət etmir. Çünki artıq dünyada investisiya ortamı qalmayıb, tələblər çox aşağı düşüb. İndi bir ölkə digərinin malını satın almır. Dünyadakı tücarət dövriyyəsi azalmağa başlayıb. Bu, böhranın təbii nəticəsidir. Şəxsən mən də bu böhranın bir neçə il davam edəcəyini təxmin edirəm. 2001-ci ildə Türkiyədəki böhran maliyyə sektoru ilə başlayıb, istehsalat sektoruna sıçrasa da, bunu tezliklə söndürmək mümkün oldu. Ancaq indiki böhranın bir neçə il davam edəcəyini müxtəlif parametrlər göstərir. Bir neçə il davam edəcək olan bu böhranın bütün sektorlara verəcəyi zərərlər də yüksək olacaq.
- Neftin qiymətinin aşağı düşməsindən də bəhs etdiniz. İqtisadiyyatını daha çox neft faktoru üzərində quran ölkələr (məsələn, Rusiya kimi) bu böhran nəticəsində çox ziyan çəkirlər. Rusiya hər addımda birjadakı əməliyyatları dayandırır, banklar kredit vermir, valyutanın məzənnəsini təzyiq altında saxlayır. Sizcə, iqtisadiyyatını neft sektorunun hesabına inkişaf etdirən ölkələrin durumu necə olacaq?
- Neft həmişə strateji maldır. İqtisadiyyatları neft sektoru üzərində qurulan ölkələr məzənnə siyasəti ilə “qış yuxusu”na dalmalarına görə müəyyən sıxıntıları olacaq. Ancaq burada yenə ən böyük zərəri nefti alan ölkələr görəcək. Neftə olan tələb digər mallardakı kimi deyil, neft məcburən istifadə edilən maldır. Əgər bir ölkə neft idxalatını azaldarsa, onun istehsalatı da azalar, işsizlik artar. Dünyada tələb və buna paralel olraq istehsal da azaldığından, neft ixrac edən ölkələr əvvəlki qədər gəlir əldə edə bilməyəcəklər, ancaq onların vəziyyəti nisbətən daha babat olacaq.
- Sərmayənin xalqa yayılması nöqteyi-nəzərindən bu böhranın iqtisadiyyatını neft faktoru üzərində quran ölkələrə dərs olması gərəkli deyilmi? Bu ölkələr bundan sonra sərmayəni xalqa daha çox yayıb, milli gəliri daha ədalətli bölüşdürmə yolunu tutacaqlarmı?
- Sərmayənin xalqa yayılması siyasi iqtidarın atacağı addımdır. Məsələn, Türkiyədəki özəlləşdirmələrdə biz uzun müddət sərmayənin xalqa yayılmasının lüzumundan danışdıq, ancaq hökumət blok satışlar yolu ilə müəssisələrin hamısını yerli və əcnəbi sərmayəyə verdi. Bu da bazarda inhisara səbəb oldu. Bir iqtisadiyyat sadəcə, neft üzərində qurulmaz. Üstəlik, neft uzun dönəm üçün sabit bir enerji mənbəyi kimi görünmür. Çünki alternativ və daha ucuz enerji istehsalı başlayıb. İndi hər ölkə özünə daha ucuz alternativ enerji istehsal edə bilir. Ona görə də yalnız neftə bağlı iqtisadiyyat düşünmək artıq mümkün deyil. Neft gəlirləri ilə investisiyaları artıraraq gəlirləri artırmaq lazımdır.
- Sizcə, bu böhranda neft ixrac edən ölkələrdən pul çıxışı daha da sürətlənə bilərmi?
- Güvənin sarsılması bütün dünyada müşahidə edilir. ABŞ böyük miqdarda pul ayıraraq bir çox bankını xilas etdi. İndi sərmayə ABŞ və AB ölkələrinə daha çox üstünlük verə bilər.
- Ərdoğan hökuməti AB ölkələrindən çıxacaq pulun Türkiyəyə gətirilməsi üçün parlamentdə qanun qəbu etdirdi. Bu qanun ölkəyə “çirkli” pulların gələcəyinə dair narahatlığı gücləndirib. Buna münasibətiniz necədir?
- Oktyabrın 7-də parlamentin açılışında ilk çıxışı mən edərək iqtisadi böhrana qarşı Türkiyənin tədbir görməsinin önəmini vurğuladım. Tədbirləri də saymışdım. Orada əcnəbi ölkələrdəki Türkiyə vətəndaşlarının öz pullarını ölkəmizə gətirmələrinin vacibliyindən bəhs etmişdim. Ancaq hökumət bundan yaxşı istifadə edə bilmədi. İndi ictimaiyyət AKP hökumətinin Almanyidakı “Dəniz Fənəri” Dərnəyinin pullarını bu yolla Türkiyəyə gətirəcəyindən şübhələnir. Bir qanunda bu kimi şübhə doğuracaq şeylər olmamalıdır ki, xalq da o qanundan razı qalsın. Şəffaflıq olmazsa, ölkəyə pul da gəlməz. AKP-nin qəbul etdiyi bu qanunun ölkəyə maliyyə cəlb edə biləcəyinə inanmıram.
Maliyyə
"Fitch": Azərbaycan iqtisadiyyatı 2026-cı ildə 2% artacaq
“Fitch”: Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ildə 93 mlrd. dollara çatacaq
“Fitch” Azərbaycanın suveren kredit reytinqini “BBB-” səviyyəsində təsdiqləyib
“BakıKart”ın operatorunun vəzifəli şəxsi cərimələnib
Xəbər Lenti
Ermənistanda parlament seçkiləri keçirilir
Avropa liderləri Londonda Ukrayna ilə bağlı görüşəcək
ABŞ-da atışma nəticəsində 12 nəfər yaralanıb
ABŞ Qüvvələri iki İran dronunu vurub
KİV: ABŞ İran aktivlərini Körfəzdəki müttəfiqlərinə verəcək
Türkiyə Venesuelanı məğlub edib
Peruda son 10 ildə doqquzuncu prezident seçiləcək
Rusiya Ukraynanın iki mülki xilasetmə katerini vurub, xəsarət alanlar var
Naxçıvanda 7 yaşlı uşaq kanalda bataraq ölüb.
AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb
İranın Xarq adası yaxınlığında partlayış olub
FHN-in xilasediciləri yaşayış binasında təhlükəli vəziyyətdə qalan vətəndaşı xilas edib - VİDEO
Lənkəranda ağaca çırpılan avtomobilin sürücüsü ölüb
İsrail ordusu Livanda gedən döyüşlərdə daha iki hərbçisini itirib
Türkiyədə Hərbi Hava Qüvvələrinin 115-ci ildönümü təntənə ilə qeyd olunub
Zığda baş vermiş kütləvi dava ilə bağlı 7 nəfər saxlanılıb - YENİLƏNİB
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3593 nəfərə çatıb
Aeroport yolunda avtomobil piyadanı vuraraq öldürüb
Göygöldə yağışın səbəb olduğu fəsadlar aradan qaldırılır - FOTO
FHN-in Cənub Regional Mərkəzində mülki müdafiə kursları keçirilib
XİN: Azov dənizində dron hücumu nəticəsində 25 Azərbaycan vətəndaşından 4-ü yaralanıb, 4 nəfər həlak olub
İran ABŞ-ın gecə radar sistemlərinə hücumunu atəşkəsin açıq şəkildə pozulması adlandırıb
Daşkəsəndə 30 yaşlı kişini at belində ildırım vurub
Yağıntı və dumanla əlaqədar bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
FHN-in Şimal Regional Mərkəzi zona birinciliyi keçirib
Bəzi yerlərdə şimşək çaxır, intensiv yağış yağır - FAKTİKİ HAVA
XİN: Azov dənizində gəmilərin vurulması nəticəsində yaralanan vətəndaşların Azərbaycana qayıdışı üçün tədbirlər görülür
Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub
Kürdəmirdə açıq ərazidə yanğın söndürülüb- YENİLƏNİB
Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşları vəziyyətləri barədə danışıblar-VİDEO - YENİLƏNİB
Azərbaycan və İspaniya XİN arasında konsulluq məsləhətləşmələri keçirilib
Ömər aşırımında iki hərbçi dərəyə yıxılıb, biri vəfat edib
Cəlilabadda keçmiş məhkumlardan 18 kq narkotik götürülüb
Anton Krivotsyuk və Abdulla Xaybulayev millinin heyətindən çıxarılıb
Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş aksiya keçirilib
Səfir: Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşı olmaqdan qürur duyur
Kibertəhlükəsizlik və rəqəmsal kriminalistikanın aktual problemləri ilə bağlı konfrans keçirilib
Sabahın hava proqnozu: Bakıda yağış yağacaq
Bakı və Abşeronda yağıntının miqdarı aylıq normanın 749 faizini təşkil edib
Binədə mağazada yanğın baş verib - VİDEO
Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO
İran: Əfqanıstanla sərhəddə silahlı toqquşma baş verib, 6 terrorçu zərərsizləşdirilib
Müvəqqəti işlər vəkili: ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
Nazir rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Azərbaycanın meşə fındığı ixracından gəlirləri 49%-ə yaxın artıb
Apreldə çiyələk ixracı 5 dəfə artıb
NATO Ukraynaya 70 milyard avroluq yeni hərbi yardım ayıra bilər
Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
İran milli komandasının bəzi üzvləri və məsul şəxsləri ABŞ-dan viza ala bilməyib