Bank Of Baku

«Bank Respublika» paytaxtda yeni filial açıb

«Bank Respublika» paytaxtda yeni filial açıb
# 01 dekabr 2008 08:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının (SKB) Bakıda «Proqress» adlı yeni filialı fəaliyyətə başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, yeni filial Mirəli Qaşqay küçəsi,71 ünvanında yerləşir. Bu filial vasitəsi ilə fiziki və hüquqi şəxslər hesablaşma-kassa əməliyyatları, kreditlər, depozitlər, sürətli beynəlxalq pul köçürmələri, mobil rabitə ödənişləri və digər bank xidmətlərdən istifadə edə bilər.
Qeyd edək ki, hazırda bankın respublika üzrə 30 filial və şöbəsi fəaliyyət göstərir və bunun 6-sı bu il açılıb.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelindən bankın kapitalında «25%+1 səhm» iştirak paketinə sahibdir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 405,1 mln. manat, kredit portfeli 279,3 mln. manata, depozit portfeli 147,4 mln. manat, məcmu kapitalı 43,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR