Bank Of Baku

Qərbin tanınmış bankları «UniBank»da iştirak payı almaq niyyətindədir

Qərbin tanınmış bankları «UniBank»da iştirak payı almaq niyyətindədir
# 01 dekabr 2008 09:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. ABŞ, Fransa, Rusiya və Almaniyanın tanınmış bankları Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankındakı (SKB) iştirak payını almaqda maraqlıdır.
Bankın Müşahidə Şurasının sədri Eldar Qəribovun «APA-Economics»ə verdiyi məlumata görə, bir müddət öncə Rusiyanın VTB bankı («Vneştorqbank») «UniBank»ın kapitalında iştirak payı almaq məqsədi ilə təkliflərini təqdim edib. Lakin bankın səhmdarları bu təklifə razı olmadıqları üçün VTB ilə aparılan danışıqlar dayandırılıb.
«Qeyd edə bilərəm ki, bu istiqamətdə «UniBank» tanınmış üç bank təşkilatı ilə danışıqlar aparır və bununla bağlı hələ konkret qərar qəbul olunmayıb», - deyə E.Qəribov bildirib.
Hazırda bankın səhmdarları rolunda EBRD (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi şəxslər (0,9%) və fiziki şəxslər (75,62%) çıxış edir.
Xatırladaq ki, «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR