Bank Of Baku

EBRD Azərbaycanın «UniLeasing» şirkətində idarəetmənin təkmilləşdirilməsi layihəsinin icrasını başa çatdırıb

EBRD Azərbaycanın «UniLeasing» şirkətində idarəetmənin təkmilləşdirilməsi layihəsinin icrasını başa çatdırıb
# 01 dekabr 2008 11:20 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə Azərbaycanın «UniLeasing» şirkəti tərəfindən həyata keçirilən «Avropa idarəetmə sisteminin tətbiqi» adlı layihənin icrası başa çatıb.
«UniLeasing» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2004-cü ildə EBRD-nin təşəbbüsü ilə 12 ölkənin (Niderland, Böyük Britaniya, Yaponiya, İspaniya, Norveç, İsveç, Finlandiya, İrlandiya, Çin, Kanada, Lüksemburq, İsveçrə) dəstəyi ilə maliyyələşdirilən Keçid dövrünü yaşayan ölkələrə dəstək Fondu təsis edilib. Bu Fondun xətti ilə «UniLeasing» şirkətinə idarəetmənin təkmilləşdirilməsi, risk-menecment və əməliyyat proseduraları üzrə məsləhət xidmətləri göstərilib. Ötən ilin iyul ayından cari ilin dekabr ayınadək həyata keçirilən layihə çərçivəsində lizinq şirkətində idarəetmənin effektivliyinin artırılması modeli tətbiq olunub.
Gələcəkdə respublikanın digər lizinq şirkətlərində də tətbiq edilə biləcək bu layihə real sistemin yaradılmasına imkan verəcək. Xatırladaq ki, layihənin büdcəsi 250 min avro təşkil edib.
Qeyd edək ki, Keçid dövrünü yaşayan ölkələrə dəstək Fondu Azərbaycan, Gürcüstan, Ermənistan, Qırğızıstan, Moldova, Monqolustan, Tacikistan və Özbəkistanın bank-maliyyə sistemində iqtisadi fəallığın stimullaşdırılması məqsədilə yaradılıb. Fondun xətti ilə icra olunan layihələrdə əsas diqqət layihələrin maliyyələşdirilməsinə səmərəli yanaşma, iri investisiyaların toplanması, aparılan iqtisadi islahatların təşviqi vasitəsilə qeyd olunan ölkələrdə bazar fəaliyyətinin aktivləşdirilməsinə yetirilir.
Təsisçisi «UniBank» Səhmdar Kommersiya Bankı olan «UniLeasing» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR