Eyni zamanda, əhalinin pul gəlirlərinin inflyasiyanın səviyyəsi ilə müqayisəsi (gəlirlərin bir hissəsi qiymətlərin artımı nəticəsində dəyərdən düşür) göstərir ki, Azərbaycanda əhalinin pul gəlirləri inflyasiyanın tempini üstələyir:
Qeyd edək ki, inflyasiyanın əhalinin xərclərinin artımına təsiri mühüm makroiqtisadi göstəricidir. Lakin Azərbaycanda digər inkişafda olan ölkələr kimi, əhalinin xərclərinin dəqiq statistikası olmadığı üçün nisbi göstəricilər kimi pərakəndə əmtəə dövriyyəsi və əhaliyə göstərilən xidmətlərin həcmi istifadə oluna bilər. Belə ki, cari ilin 10 ayı ərzində pərakəndə əmtəə dövriyyəsinin illik artımı 15,6%, xidmətlərin artımı isə 29,7% təşkil edib. Yəni, 21,6% səviyyəsində inflyasiyanı nəzərə alsaq, pərakəndə əmtəə dövriyyəsi faktiki olaraq 6% azalıb.
Əhalinin gəlirlərinin artım tempinin inflyasiyadan daha yüksək olması, eyni zamanda pərakəndə əmtəə dövriyyəsinin real həcminin azalması əhalinin gəlirlərini yığım şəklində öz sərəncamında saxlamasını göstərir.