Bank Of Baku

Azərbaycanda elektron ticarətdə əlavə dəyər vergisi tətbiq olunacaq

Azərbaycanda elektron ticarətdə əlavə dəyər vergisi tətbiq olunacaq
# 01 dekabr 2008 11:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti yaxın illərdə elektron ticarətdə əlavə dəyər vergisinin (ƏDV) tətbiqi imkanlarını nəzərdən keçirir. Bu barədə «APA-Economics»ə Vergilər Nazirliyindən məlumat verilib.
Gələn ildən Vergilər Nazirliyi bununla bağlı araşdırmalara başlayacaq. Növbəti, 2010-2011-ci illərdə bununla bağlı vergi qanunvericiliyinə əlavə və dəyişikliklərin edilməsi planlaşdırılır.
Qeyd edək ki, gələn ildən ƏDV elektron vergi hesab fakturalarının hazırlanması istiqamətində təkliflərin işlənməsinə başlanılacaq. ƏDV elektron vergi hesab fakturalarının artıq 2010-cu ildən tətbiqi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR