Bank Of Baku

«Bank of Azerbaijan»a yeni sədr təyin olunub

«Bank of Azerbaijan»a yeni sədr təyin olunub
# 01 dekabr 2008 12:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) İdarə Heyətinə yeni sədr təyin edilib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu vəzifəyə əvvəllər «Bank of Azerbaijan»da audit komitəsinin sədri, sonralar isə İdarə Heyətinin sədr müavini vəzifəsində çalışmış Xəyal Şərifzadə təyin olunub.
Qeyd edək ki, X.Şərifzadədən əvvəl İdarə Heyətinin sədri vəzifəsini Müslüm Mürsəlov icra edib. Lakin eks-sədrin hər hansı bir işə keçməsi ilə bağlı məlumat verilməyib.
Xatırladaq ki, təsisçisi «NEM Holding» (1%) və 2 fiziki şəxs olan (müvafiq olaraq 81% və 18%) «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 110,384 mln. manat, kredit portfeli 90,122 mln. manat, depozit portfeli 42,503 mln. manat, məcmu kapitalı 20,684 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,635 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 35 mübadilə məntəqəsi, 22 bankomatı və 122 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR