Bank Of Baku

Dolların bahalaşması gələn il davam edəcək

Dolların bahalaşması gələn il davam edəcək
# 01 dekabr 2008 13:45 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, hazırda dolların gələcəyi dünya iqtisadiyyatının inkişafından asılıdır. Ekspertlər düşünürlər ki, aparıcı inkişaf etmiş və inkişafda olan ölkələr iqtisadi geriləmə səbəbindən dollara və dollarda ifadə olunan aktivlərə yönəldilən investisiyalar artacaq.
Eyni zamanda, Federal Ehtiyat Sisteminin ABŞ iqtisadiyyatının bərpası üçün maliyyə sektoruna birbaşa vəsaitlər yönəltməsi siyasəti dolların məzənnəsini azalda bilər. Lakin hələlik bu proses öz faydasını vermədiyinə görə, dollar aktivlərinə investisiyalar artır. «Reuters»in məlumatına görə, UBS (İsveçrə) bankının analitiklərinin hesablamalarına əsasən, Amerikanın investisiya fondlarının aktivlərində xarici aktivlərin xüsusi çəkisi son aylarda 4 faiz bəndi azalaraq oktyabrın sonuna 22,5% təşkil edib. Bu, ABŞ-ın maliyyə vəsaitlərinin xaricə axınının azaldığını göstərir. Eyni zamanda, «Citigroup»un hesablamalarına görə, son üç il ərzində amerikalı investorlar xaricə 1 trln. dollar həcmində vəsait yönəldib və hazırda kütləvi şəkildə bu vəsaitlərin repatriasiyası aparılır.
Qeyd edək ki, bundan əlavə Avropa və Asiya investorları da ABŞ-ın dövlət qiymətli kağızlarına maliyyə qoyuluşlarını artırır. ABŞ Maliyyə Nazirliyinin hesablamalarına görə, sentyabr ayında investorlar Amerikanın qiymətli kağızlarına aylıq rekord həcmdə - 143,3 mlrd. dollar investisiya yatırıb və oktyabrda bu göstəricinin daha da artacağı gözlənilir. Mütəxəssislərin fikrincə, bu proseslər səngiyənə qədər, dolların aparıcı dünya valyutalarına qarşı bahalaşması davam edəcək.
Dünyada dolların ilk növbədə avroya qarşı bahalaşması Azərbaycanda əsasən avronun manata qarşı ucuzlaşmasında özünü büruzə verir. Əgər son 4,5 ay ərzində, yəni dünya böhranının kəskinləşməsi dövründə dollar aparıcı valyutalar səbətinə qarşı 17% bahalaşıbsa, Azərbaycanda bu müddətdə dolların manata qarşı bahalaşması cəmi 0,5%, avronun manata qarşı ucuzlaşması isə 20,1% təşkil edib. Bunun əsas səbəbi dolların Azərbaycan iqtisadiyyatında, xüsusən də bank sektorunda və pərakəndə hesablaşmalarda avrodan daha yüksək rola malik olması ilə bağlıdır. Lakin Azərbaycan iqtisadiyyatına təsiri baxımından, avronun ucuzlaşması dolların bahalaşması ilə müqayisədə daha təsirsizdir. Bu səbəbdən də həmin vəziyyət yaxın vaxtlarda da davam edəcək. Çünki ilk növbədə makroiqtisadi sabitlik baxımından, Azərbaycana kəskin bahalaşan dollar faydalı deyil.
Qeyd edək ki, Azərbaycan Milli Bankı İdarə Heyətinin sədr müavini Aftandil Babayevin sözlərinə görə, mərkəzi bank indiki yumşaq məzənnə siyasətini yaxın zamanlarda dəyişmək niyyətində deyil.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR