Bank Of Baku

«UniBank» müştərilər üçün «Hər kəsə hədiyyə» adlı aksiyasına start verib

«UniBank» müştərilər üçün «Hər kəsə hədiyyə» adlı aksiyasına start verib
# 01 dekabr 2008 15:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) əmanətçiləri üçün «Hər kəsə hədiyyə» adlı yeni aksiyaya başlayıb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin dekabr ayının 1-dən 2009-cu ilin fevralın 15-dək «Müddətli» depozitə pul qoymuş bütün müştərilər bankdan dəyəri 10-1000 manat olan hədiyyə ala biləcək.
Qeyd edək ki, aksiyanın bütün iştirakçıları avtomatik olaraq «Brilyant depozit» lotereya aksiyasının da iştirakçısına çevrilir. Depozitə 1000-3999 manat pul qoyan müştərilər bankdan mobil telefon üçün 10, 20 və 30 manat dəyərində (əmanətin məbləğindən asılı olaraq) kontur kartları əldə edəcəklər. Həmçinin, 4000-99999 manat pul qoyan müştərilər isə əmanətinin hər 1 min manatının 1%-i məbləğində «Sabina» parfümeriya mağazası, «BEKO» məişət texnikası mağazaları şəbəkəsi, «Mobitel» konseptual mağazası, «Camel Active», «GEOX», «Allure», «Salamander», «Baldinini», «Parad» geyim və ayaqqabı mağazalarından hədiyyə kuponu əldə edəcəklər. Banka 100 min manat və daha böyük həcmdə depozit qoymuş müştərilər isə hədiyyə olaraq, Fərdi Dizaynlı «Visa Classic» plastik kartını və kartda 1000 manatı hədiyyə alacaqlar.
Xatırladaq ki, «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR