Bank Of Baku

«Bank Avrasiya» gələn il filial şəbəkəsini formalaşdırmağa başlayacaq

«Bank Avrasiya» gələn il filial şəbəkəsini formalaşdırmağa başlayacaq
# 02 dekabr 2008 07:04 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Avrasiya» Açıq Səhmdar Cəmiyyəti (ASC) 2009-cu ilin əvvəlində Sumqayıt şəhərində ilk regional filialını açacaq. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, növbəti il ərzində bank ümumilikdə tərəfindən 4 filial açmağı nəzərdə tutur.
Xatırladaq ki, bu ilin noyabr ayının 28-də «Bank Avrasiya» ASC-nin fəaliyyətinə başlamasının bir ili tamam olub. Bankın bu müddət ərzində mühüm nailiyyətlər əldə etdiyi vurğulayan «Bank Avrasiya»nın mətbuat xidməti artıq qurumun SWIFT, AZIPS, XÖHKS ödəniş sistemləri, Bakı Banklararası Valyuta Birjası, Əmanətlərin Sığortalanması Fondu, Sahibkarlara Kömək Milli Fondu və «MasterCard İnternational» kimi təşkilatlara üzv qəbul olunduğunu bildirilib. «Bu gün «BankAvrasiya» universal bank olaraq, müştərilərə bütün növ bank xidmətləri göstərir ki, bu xidmətlər sırasına kassa-hesablaşma əməliyyatları, müxtəlif növ depozit, biznes və istehlak kreditləri, plastik kartlarla əməliyyatlar, «Western Union», «Contact», «Bıstraya Poçta», «Migom», «Lider» və «PrivatMoney» sistemləri üzrə sürətli pul köçürmələri, mobil rabitə ödənişlərinin qəbulu və depozit seyflərinin icarəsi daxildir», - deyə mətbuat xidmətindən əlavə olunub.
Cari ilin əvvəlində «Baker Tilly İnternational» şirkəti tərəfindən «Bank Avrasiya»nın 2008-ci ilin I rübü üzrə maliyyə hesabatlarının nəticələri üzrə beynəlxalq audit keçirilib. Bankın maliyyə göstəricilərinə gəldikdə isə, bu ilin noyabr ayının 1-nə bankın aktivlərinin həcmi 60,238 mln. manat, kredit portfeli 27,685 mln. manat, depozit portfeli 35,014 mln. manat, mənfəəti isə 675 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR