Bank Of Baku

«NBCBank» yanvardan «Visa» kartlarının emissiyasına başlayacaq

«NBCBank» yanvardan «Visa» kartlarının emissiyasına başlayacaq
# 02 dekabr 2008 07:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «NBCBank» Səhmdar Kommersiya Bankı (SKB) «Visa İnternational» beynəlxalq ödəniş sisteminə assosiativ üzvü olub. Bu barədə «APA-Economics»ə bankın İdarə Heyətinin sədr müavini Yusif Abdullayev məlumat verib.
Y.Abdullayevin sözlərinə görə, artıq bütün texniki prosedurlar, o cümlədən sistemdən test rejimində istifadə başa çatdırılıb. Növbəti ilin yanvar ayından başlayaraq bank 1000 ədəd «VİSA» plastik kartı emissiya ediləcək ki, bunun 500-ü kredit, qalanı isə debet kartları olacaq.
Xatırladaq ki, «NBCBank» SKB 2006-cı ilin dekabr ayından «MasterCard» beynəlxalq ödəniş sisteminin assosiativ üzvüdür. Bank indiyədək bu sistem üzrə 1500 plastik kart emissiya edib ki, bunun da 50%-i kredit, qalanı isə debet kartlarıdır.
Qeyd edək ki, «NBCBank» 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb və 2002-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 37,414 mln. manat, kredit portfeli 30,516 mln. manat, depozit portfeli 12,785 mln. manat, məcmu kapitalı 14,875 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR