Bank Of Baku

«AccessBank» KfW Bankının ayırdığı kreditin ilk tranşını alıb

«AccessBank» KfW Bankının ayırdığı kreditin ilk tranşını alıb
# 02 dekabr 2008 08:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün «AccessBank» Səhmdar Kommersiya Bankı (SKB) Almaniyanın KfW Bankının 22 mln. ABŞ dolları həcmində ayırdığı kreditin ilk tranşını alıb.
«AccessBank»ın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, tranşın həcmi 12 mln. dollar təşkil edir. Qeyd edək ki, 5 il müddətinə ayrılan kredit Azərbaycanda mikro və kiçik biznesin maliyyələşdirilməsinə sərf ediləcək.
Xatırladaq ki, «AccsesBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və bu ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 187,532 mln. manat, kredit portfeli 158,718 mln. manat, depozit portfeli 17,208 mln. manat, məcmu kapitalı 39,665 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 17 filialı, 20 bankomatı və 45 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR