Bank Of Baku

«Bank SilkWay» SKB «Visa» sistemi üzrə xidmətlərə başlayıb

«Bank SilkWay» SKB «Visa» sistemi üzrə xidmətlərə başlayıb
# 02 dekabr 2008 08:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank SilkWay» Səhmdar Kommersiya Bankı (SKB) «Visa İnternational» beynəlxalq ödəniş sistemi üzrə xidmətlərə başlayıb.
Bankın baş mühasibi Mahir Əhmədovun «APA-Economics»ə verdiyi məlumata görə, sözügedən sistemlə bank arasında imzalanma bu ilin iyun ayında baş tutub. «Sistem üzrə 800 plastik kart emissiya olunub ki, bunların da hamısı debet kartlarıdır. Ümumiyyətlə, növbəti ildə nə qədər kartın emissiyası olunacağı ilə bağlı konkret rəqəm deyə bilmərəm. Bu birbaşa müştərilərin tələbatından asılı olacaq», - deyə M.Əhmədov bildirib.
Qeyd edək ki, bank sistemə assosiativ üzv kimi qəbul olunub.
Xatırladaq ki, «Bank SilkWay» SKB 1993-cü ildə «Azal Bank» SKB adı ilə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına olan «Azərbaycan Hava Yolları» Dövlət Konserni və onun tərkibindəki strukturlar bu il öz payını «SilkWay Holding»ə satıb və bankın brendi dəyişdirilib. Hazırda bankın səhmdarları rolunda «SilkWay Holding» (83,66%) və fiziki şəxslər çıxış edir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR