Bank Of Baku

Azərbaycan hökumətinin ekspert qrupu Tiflisə yola düşüb

Azərbaycan hökumətinin ekspert qrupu Tiflisə yola düşüb
# 02 dekabr 2008 08:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dekabrın 4-də Tiflisdə Gürcüstan-Azərbaycan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək. Bu barədə «APA-Economics»ə hökumətdəki mənbələrdən məlumat verilib.
Komissiyanın gündəliyinə daxil ediləcək məsələləri razılaşdırmaq məqsədi ilə Azərbaycan ekspertləri bu gün Gürcüstan paytaxtına yola düşüb.
İclasda əsasən energetika, nəqliyyat sahəsində əməkdaşlıq, sərhəd-gömrük proseduraları, qış aylarında Azərbaycandan Gürcüstana elektrik enerjisinin ötürülməsi, ölkələr arasında ticarət dövriyyəsinin artırılması imkanları və s. məsələlər müzakirə olunacaq.
Komissiyanın Azərbaycan tərəfindən həmsədri olan baş nazir Artur Rasizadə isə Tiflisə dekabrın 4-də yola düşəcək.
Qeyd edək ki, hökumətlərarası komissiyanın Gürcüstan tərəfdən həmsədri bu ölkənin baş naziri Qriqol Mqaloblişvilidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR