Bank Of Baku

Azərbaycanın rəsmi valyuta ehtiyatları yenidən artmağa başlayıb

Azərbaycanın rəsmi valyuta ehtiyatları yenidən artmağa başlayıb
# 02 dekabr 2008 09:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın rəsmi valyuta ehtiyatlarının həcmi 2008-ci ilin dekabr ayının 1-nə 5 348,6 mln. ABŞ dolları təşkil edib.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, valyuta ehtiyatları noyabr ayında 32,6 mln. dollar və ya 0,6% artıb. Qeyd edək ki, oktyabr ayında rəsmi valyuta ehtiyatları 122,6 mln. dollar və ya 2,3% azalıb:




Göründüyü kimi, valyuta ehtiyatlarının azalması yalnız oktyabr ayında baş verib və noyabrda bu prosesin davam etməməsi azalmanın tendensiya xarakterli olmadığını göstərir.
Azərbaycanın rəsmi valyuta ehtiyatlarının 60%-i ABŞ dolları, 30%-i avro, 10%-i isə funt sterlinqdə saxlanılır. Nəticədə, bu valyutaların dünya bazarında ucuzlaşması ehtiyatların həcminin azalmasına səbəb olur. Qeyd edək ki, dünya maliyyə və iqtisadi böhranı zamanı digər ölkələrdən fərqli olaraq Azərbaycanda valyuta ehtiyatlarının kəskin azalması müşahidə olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR