Bank Of Baku

Azərbaycan bank sisteminin xalis xarici aktivləri ilin əvvəlindən 36% artıb

Azərbaycan bank sisteminin xalis xarici aktivləri ilin əvvəlindən 36% artıb
# 02 dekabr 2008 09:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sisteminin xalis xarici aktivlərinin həcmi 2008-ci ilin dekabr ayının 1-nə 3 915,5 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən bu göstərici 36,3% artıb.
AMB-nin dekabrın 1-nə hazırladığı bank sistemi üzrə pul icmalına əsasən, bank sisteminin xalis xarici aktivlərinin strukturunda mərkəzi bankın xalis xarici aktivlərinin həcmi 4 817,5 mln. manat (artım – 36,7%), kommersiya banklarının xalis xarici aktivlərinin həcmi mənfi 612,1 mln. manat (artım – 30,8%), digər xarici aktivlər – mənfi 289,9 mln. manat (artım – 57%) təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR