Bank Of Baku

Azərbaycanda pul bazası noyabrda 3% genişlənib

Azərbaycanda pul bazası noyabrda 3% genişlənib
# 02 dekabr 2008 09:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul bazasının həcmi 2008-ci ilin dekabr ayının 1-nə 4 212,5 mln. manat təşkil edib. Azərbaycan Milli Bankdan (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, noyabr ayında pul bazası 130,5 mln. manat və ya 3,2% genişlənib.
Eyni zamanda, ötən ilin dekabr ayının əvvəli ilə müqayisədə pul bazası 61,2%, cari ilin əvvəlindən isə 30,8% artıb. Pul bazasına nağd pul kütləsi və bank ehtiyatları daxildir.
Cari ildə pul bazasının orta aylıq artımı 90,15 mln. manat təşkil edib ki, noyabrda müşahidə olunan artım bu göstəricisindən 1,5 dəfə artıq olub.
Qeyd edək ki, mərkəzi bankın yeritdiyi pul siyasətinin əsas göstəricilərdən olan pul bazası AMB-nin ehtiyat pulları sayılır və onun təmin edilməmiş pul kütləsinin artırmayaraq pul tələbatını tənzimləmək və ümumilikdə pul siyasətini həyata keçirmək imkanlarını əks etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR