Bank Of Baku

Azərbaycan bu il MDB-də milli valyutası möhkəmlənən üç ölkə sırasındadır

Azərbaycan bu il MDB-də milli valyutası möhkəmlənən üç ölkə sırasındadır
# 02 dekabr 2008 10:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda milli valyutanın (manat) ABŞ dollarına qarşı möhkəmlənməsi 2008-ci ilin yanvar-noyabr ayları ərzində 4,42% təşkil edib. Bu göstəriciyə görə Azərbaycan postsovet məkanında ikinci yerdədir.
«APA-Economics»in məlumatına görə, MDB və Baltikyanı ölkələri arasında milli valyutanın dollara qarşı möhkəmlənməsi yalnız Moldovada (8,3%), Azərbaycanda (4,4%) və Tacikistanda (1,75%) müşahidə olunub.
Qalan postsovet ölkələrində milli valyutalar dollara nisbətən ucuzlaşıb. Ucuzlaşma tempinə görə liderlik Türkmənistana məxsus olub - burada dolların məzənnəsi 2,74 dəfə yüksəlib:

 

Ölkə

Məzənnə
01.12.2008-ci il vəziyyətinə

Məzənnə
01.01.2008-ci il vəziyyətinə

Milli valyutanın dollara qarşı dəyişməsi

Moldova

10,38 ley

11,32 ley

+ 8,3%

Azərbaycan

0,8079 manat

0,8453 manat

+ 4,42%

Tacikistan

3,4044 somoni

3,4649 somoni

+ 1,75%

Qazaxıstan

120,35 tenqe

120,30 tenqe

- 0,04%

Ermənistan

305,42 dram

304,22 dram

- 0,39%

Belarus

2 160 rubl

2 150 rubl

- 0,47%

Gürcüstan

1,6500 lari

1,5916 lari

- 3,67%

Özbəkistan

1 366,6 sum

1 290,0 sum

- 5,94%

Qırğızıstan

39,2956 som

35,4988 som

- 10,7%

Latviya

0,5440 lat

0,4840 lat

- 12,4%

Rusiya

27,6060 rubl

24,5462 rubl

- 12,47%

Litva

2,6777 lit

2,3572 lit

- 13,6%

Estoniya

12,1636 kron

10,6382 kron

- 14,34%

Ukrayna

6,7418 qrivna

5,0500 qrivna

- 33,5%

Türkmənistan

14 250 manat

5 200 manat

- 2,74 dəfə


Qeyd edək ki, noyabrda Azərbaycanda dolların məzənnəsi 0,2%, Estoniyada 0,85% ucuzlaşıb, Türkmənistanda dolların məzənnəsi dəyişməz qalıb, digər ölkələrdə isə dollar möhkəmlənib. Belə ki, noyabrda dollar Ukraynada 17,04%, Gürcüstanda 16,12%, Rusiyada 4%, Qırğızıstanda 2,84%, Litvada 2,41%, Belarusda 1,93%, Latviyada 1,87%, Özbəkistanda 1,57%, Qazaxıstanda 0,45%, Moldovada 0,19%, Ermənistanda 0,1%, Tacikistanda 0,07% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR