Bank Of Baku

«Texnikabank» noyabr-dekabr ayında 32 iri layihənin icrasına 40 mln. dollara yaxın kredit ayıracaq

«Texnikabank» noyabr-dekabr ayında 32 iri layihənin icrasına 40 mln. dollara yaxın kredit ayıracaq
# 02 dekabr 2008 12:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) cari ilin noyabr ayında real sektorda 26 iri layihə üzrə 16,1 mln. manat həcmində kreditləşmə aparıb. Bu barədə «APA-Economics»ə «Texnikabank» SKB-nin İdarə Heyəti sədrinin birinci müavini Xəqani Quluzadə məlumat verib.
X.Quluzadənin sözərinə görə, layihələr iqtisadiyyatın müxtəlif sahələrinə aid olub. «Texnikabank» dekabr ayında daha 6 iri layihənin kreditləşməsinə 15 mln. manat vəsait ayırmağı planlaşdırır.
Qeyd edək ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 439,644 mln. manat, kredit portfeli 305,886 mln. manat, depozit portfeli 134 mln. manat, məcmu kapitalı 57,438 mln. manat, o cümlədən nizamnamə kapitalı 26,912 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 35 filialı, 48 bankomatı və 327 POS-terminalı, 5 mübadilə məntəqəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR