Bank Of Baku

Azərbaycanın birja valyuta bazarında noyabrda əməliyyatların həcmi 72% azalıb

Azərbaycanın birja valyuta bazarında noyabrda əməliyyatların həcmi 72% azalıb
# 02 dekabr 2008 13:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 40 ticarət sessiyasında 48 alqı-satqı əqdi qeydə alınıb. Bu əməliyyatlarda ümumilikdə 14 bank təşkilatı iştirak edib.
BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatların həcmi 64,128 mln. manat və ya dollar ekvivalentində 79,329 mln. təşkil edib. Bu isə oktyabr ayı ilə müqayisədə 72,28% azdır. Eyni zamanda, BEST ticarət sistemində hər əqdin orta həcmi 2,751 mln. dollardan 1,653 mln. dollaradək enib.
Bundan başqa, bu ilin noyabr ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşdirilib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (52,91%), «UniBank» (13,00%), «Azərbaycan Sənaye Bankı» (12,80%), «Bank Respublika» (11,25%) və «YapıKredi Bank Azerbaijan» (6,04%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR