Bank aktivlərinin strukturunda əsas yeri müştərilərə verilən kreditlər tutur - 6 371,31 mln. manat və bu, aktivlərin ümumi həcminin 64,08%-ni təşkil edir. Qeyd edək ki, cari ilin əvvəlində kreditlərin aktivlərdə xüsusi çəkisi 65,3%-ə bərabər olub.
Ümumilikdə, bank aktivlərinin strukturu aşağıdakı kimidir:
Cari ilin noyabrın 1-nə bankların passivlərinin 83,75%-i öhdəliklərin payına düşür, bu da mütləq ifadədə 8 325,78 mln. manata bərabərdir. Bu göstərici ilin əvvəlindən 48% artdığı halda, oktyabr ayı ərzində 0,4% azalıb.
Ümumilikdə, öhdəliklərin 47,8%-i və ya 3 978,1 mln. manatı depozitlərin payına düşür. Eyni zamanda qeyd etmək lazımdır ki, maliyyə sektorundan alınan kredit və depozitlərin həcmi 3 296,45 mln. manat təşkil edib ki, bu da öhdəliklərin 39,6%-nə bərabərdir. Bankların məcmu kapitalınin həcmi isə noyabrın əvvəlinə 1 615,72 mln. manat təşkil edib və bu göstərici son bir ildə 47,1% artıb.
Beləliklə, bankların aktivlərində ən vacib yeri müştərilərə verilən kreditlər tutur, passivlər isə əsasən depozit və maliyyə sektorundan alınan kreditlərin hesabına formalaşır.