Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Orta Asiya və Qafqazda biznesin dəstəklənməsi daha 10 mln. dollar ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı Orta Asiya və Qafqazda biznesin dəstəklənməsi daha 10 mln. dollar ayırıb
# 03 dekabr 2008 08:14 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «Aureos» Fonduna orta biznes müəssisələrinin dəstəklənməsi üçün əlavə 10 mln. ABŞ dolları həcmində vəsait ayırıb.
AYİB-in Bakıdakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, öz növbəsində Fond vəsaitin əsas hissəsini Qazaxıstana yönəldəcək, qalan vəsaitlərin isə Orta Asiya və Qafqaz ölkələrinə yatırılacağı gözlənilir.
Qeyd edək ki, «Aureos» Fondu 2007-ci ildə yaradılıb. Fondun ilkin kapitalı 50 mln. dollar təşkil edib. Sonradan bu məbləğ 60 mln. dollara çatdırılıb, gələcəkdə isə bu rəqəmin 100 mln. dollara çatacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR