Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi üzrə emissiya son bir ildə 13% artıb

Azərbaycanda bank kassa dövriyyəsi üzrə emissiya son bir ildə 13% artıb
# 03 dekabr 2008 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın bank sistemində 2008-ci ilin yanvar-oktyabr ayları ərzində kassa dövriyyəsi üzrə mədaxil 15 984 970,9 min manat, məxaric isə 16 910 778,5 min manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, kassa mədaxili ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə mədaxil 30,6%, məxaric isə 29,4% artıb. Nəticədə, cari ilin ilk 10 ayında kassa emissiyasının həcmi 925,8 mln. manat, bankların əməliyyat kassasının qalığını nəzərə almaqla isə 945,7 mln. manat təşkil edib. Sonuncu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,6% artıb.
Qeyd edək ki, dövrün sonuna mədaxil üzrə bank əməliyyat kassasının qalığı 122 798,2 min manat, məxaric üzrə isə 142 694,1 min manat təşkil edib.
Mədaxilin strukturunda əsas yeri xarici valyuta satışından (xüsusi çəkisi 28,54%), qeyri-dövlət müəssisələrindən (20,12%) və əhalinin əmanətləri hesabına (12,54%) daxlolmalar təşkil edib.
Məxaricin strukturunda isə əsas yeri qeyri-dövlət müəssisələrinin ödənişləri (33,93%), əhalinin əmanətləri (11,52%) və xarici valyutanın alınması (11,08%) üzrə xərclər tutur.
Qeyd edək ki, mədaxilin tərkib hissəsi olan xarici valyuta satışından daxil olan vəsaitlərin illik artımı 48,4%, qeyri-dövlət müəssisələrindən daxilolmaların azalması 19,6% təşkil edib, əhalinin əmanətləri hesabına daxilolmalar isə 2,4 dəfə artıb. Eyni zamanda, qeyri-dövlət müəssisələrinin ödənişləri son bir ildə 5,5%, əhalinin əmanətləri üzrə məxaric 2,2 dəfə artıb, xarici valyutanın alınmasına çəkilən xərclər isə 50% artıb.
Bank sistemində gündəlik kassa mədaxili 52,410 mln. manat, məxaric isə 55,445 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR