Bank Of Baku

AGBI indeksi 1,0028, ANBDI indeksi isə 1,0002 təşkil edib

AGBI indeksi 1,0028, ANBDI indeksi isə 1,0002 təşkil edib
# 03 dekabr 2008 09:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət qısamüddətli istiqrazlar (DQİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 2008-ci ilin dekabr ayının 3-də 0,0025 bənd və ya 0,25% artaraq 1,0028 təşkil edib.
«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Milli Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ANBDI (Azerbaijan National Banks Debts Index) indeksi dəyişməyib və 1,0002 səviyyəsində qalıb.
AGBI indeksinin artması dekabrın 2-də Maliyyə Nazirliyi tərəfindən 10303020S seriyalı yarım illik dövriyyə müddəti olan 3 mln. manat həcmində DQİ üzrə keçirilən ödəniş nəticəsində bu buraxılışın dövriyyədən çıxarılması, həmçinin dünən 3,663 mln. manat həcmində 10306620S seriyalı istiqrazların yerləşdirilməsi və bununla da yeni buraxılışın dövriyyəyə daxil olması ilə bağlıdır.
ANBDI indeksinin dəyişməməsinə isə dekabrın 2-də notlar üzrə ilkin bazarda əqdlərin, həmçinin ödənişlərin aparılmaması təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR