Bank Of Baku

Azərbaycan yanvar-noyabr aylarında toplanılan gömrük vergi və rüsumlarının həcmini 44% artırıb

Azərbaycan yanvar-noyabr aylarında toplanılan gömrük vergi və rüsumlarının həcmini 44% artırıb
# 03 dekabr 2008 09:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın gömrük orqanları tərəfindən 2008-ci ilin yanvar-noyabr ayları ərzində 1,021 mlrd. manat həcmində gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən məlumat verilib.
Hesabat dövründə toplanan gömrük vergi və rüsumları ötən ilin müvafiq dövrü ilə müqayisədə 313,16 mln. manat və ya 43,99% artıb. Bundan başqa, yanvar-noyabr aylarında müvafiq 11 aylıq proqnoz 100,39% səviyyəsində icra olunub.
Xatırladaq ki, cari il üçün müəyyənləşdirilmiş proqnoza əsasən, dövlət büdcəsinə ümumilikdə 1,1 mlrd. manat həcmində gömrük vergi və rüsumlarının köçürüləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR