Bank Of Baku

«Parex Leasing» şirkəti Azərbaycanda lizinq portfelini bu il 22% genişləndirib

«Parex Leasing» şirkəti Azərbaycanda lizinq portfelini bu il 22% genişləndirib
# 03 dekabr 2008 09:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Latviyanın «Parex Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Parex Leasing & Factoring» şirkətinin lizinq portfelinin həcmi 2008-ci ilin dekabr ayının 1-nə 44,824 mln. ABŞ dolları təşkil edib ki, bu da ilin əvvəlinə olan analoji göstərici ilə müqayisədə 22,1% çoxdur.
«Parex Leasing & Factoring»in baş direktorunun birinci müavini Rəşad İsmayılovun «APA-Economics»ə verdiyi məlumata görə, şirkət tərəfindən indiyədək bağlanmış lizinq müqavilələrinin ümumi dəyəri 120,192 mln. dollar təşkil edir. Portfelin diversifikasiyasına gəldikdə isə, lizinqə verilmiş avadanlıqlar əsasən tikinti sahəsinə aid olub. Belə ki, portfeldə 32% tikinti sektoru üçün xüsusi təyinatlı texnika, 20% daşınmaz əmlak, 17% yük avtomobilləri, 15% minik avtomobilləri, 8% sənaye avadanlıqları, 8% isə digər sahələr təşkil edib.
Xatırladaq ki, «Parex Leasing & Factoring» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Cari ilin dekabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 50 min dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR