Bank Of Baku

«Zamin Bank» müştərilərə «ExpressCard» kartlarını təqdim edib

«Zamin Bank» müştərilərə «ExpressCard» kartlarını təqdim edib
# 03 dekabr 2008 10:19 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Zamin Bank» Səhmdar Kommersiya Bankı (SKB) bu gündən müştərilərinə «Visa İnternational» beynəlxalq ödəniş sisteminə aid «ExpressCard» plastik kartlarını təqdim edir.
Bankın baş ofisindən «APA-Econmics»ə verilən məlumata görə, «ExpressCard» sahibləri manat və ya ABŞ dolları ilə müxtəlif xidmət və ödəniş haqları ödəyə bilər, həmçinin bankomatlar vasitəsilə Azərbaycanda və dünyanın 200 ölkəsində nağd pul əldə edə bilərlər.
Qeyd edək ki, bank bu sistemə 2006-cı ilin noyabr ayından üzv olub və indiyədək 12 min plastik kart emissiya edib. Bankın müştəriləri sistemin «Visa Elektron», «Visa Classic», «Visa Gold» və «Visa Platinum» kartlarından istifadə edir. Həmçinin, bank bu ilin avqust ayından «UnionCard» və «NCC» kartlarını emissiyasına başlayıb.
Xatırladaq ki, «Zamin Bank» SKB 1992-ci ilin noyabrında yaradılıb. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 118,776 mln. manat, kredit portfeli 73,359 mln. manat, depozit portfeli 38,191 mln. manat, məcmu kapitalı 14,3 mln. manat, o cümlədən nizamnamə kapitalı 11,195 mln. manat təşkil edib.
Bankın respublika üzrə 29 filialı, 37 mübadilə məntəqəsi, həmçinin, Rusiyada «Moskva» nümayəndəliyi, 23 bankomatı və 1810 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR