Bank Of Baku

Azərbaycan bu il xarici ticarət dövriyyəsini 52 mlrd. dollara çatdırıb

Azərbaycan bu il xarici ticarət dövriyyəsini 52 mlrd. dollara çatdırıb
# 03 dekabr 2008 10:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 137 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 51,9 mlrd. ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 46 mlrd. dollarını (88,6%-ni) ölkədən ixrac olunmuş mallar, 5,9 mlrd. dollarını (11,4%-ni) ölkəyə idxal edilmiş məhsullar təşkil edib ki, nəticədə 40,1 mlrd. dollarlıq müsbət saldo yaranıb.
Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə hesabat dövründə xarici ticarət dövriyyəsinin həcmi 5,6 dəfə, o cümlədən ixrac 9,5 dəfə, idxal isə 33,1% artıb. İxrac-idxal əməliyyatlarının 53,7%-i Avropa İttifaqı, 6,5%-i MDB ölkələri ilə, 39,8%-i isə digər dövlətlərlə aparılıb.
Ümumi dövriyyənin 59,6%-i Avropa, 24,9%-i Asiya, 15%-i Amerika, 0,5%-i Afrika qitəsi ölkələrinin, 0,02%-i isə Okeaniyanın payına düşüb. Xarici ticarət əməliyyatlarının 4/5 hissəsindən çoxu (81,4%-i) İtaliya, ABŞ, İsrail, Hindistan, Fransa, Rusiya, İspaniya, Niderland, İndoneziya , Türkiyə, Birləşmiş Krallıq və Çili dövlətləri ilə aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR