Bank Of Baku

Azərbaycandakı banklar xarici öhdəliklərini artırır

Azərbaycandakı banklar xarici öhdəliklərini artırır
# 03 dekabr 2008 12:06 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəlikləri 2008-ci ilin noyabr ayının 1-nə 2 155,2 mln. manat təşkil edib. Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, il ərzində bankların xarici öhdəliklərinin həcmi 3,2 dəfə, cari ilin əvvəlindən 2,2 dəfə, oktyabr ayında isə 7,7% artıb.
Qeyd edək ki, xarici öhdəliklərin cari ildə orta aylıq artımı 118,3 mln. manat təşkil etdiyi halda, oktyabrda 154,2 mln. manata bərabər olub. Ümumilikdə, kommersiya banklarının xarici öhdəlikləri noyabrın 1-nə tarixi maksimuma çatıb:




Göründüyü kimi, son iki il ərzində banklar xaricdən cəlbetməni kəskin artırıb. Bu həmçinin Milli Bankı narahat edir və məhz sentyabr-oktyabr aylarında AMB tərəfindən banklara xarici öhdəliklərlə bağlı məsələlərə daha ehtiyatla yanaşmaq tövsiyə olunub. Eyni zamanda, dünya maliyyə böhranı nəticəsində xaricdən kreditləşmənin azalmasını gözləmək olar. Lakin oktyabrda bu prosesin hələ də başlamadığını görürük (xarici öhdəliklərin həcmi artıb).
Xarici öhdəliklərin bu dərəcədə artması Azərbaycan banklarının likvidliyini təhlükə altına ala bilər. AMB-nin məlumatına görə, hazırda bu öhdəliklər normal qaydada ödənilsə də, banklar ehtiyat üçün özlərində artıq likvidliyin toplanması ilə məşğuldur və nəticədə daxili bazarda kreditləşmə bir qədər azalıb. Belə ki, cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan bankları xarici öhdəlikləri üzrə 900 mln. manat həcmində ödəmələr aparıb ki, bu məbləğə həm qrafikdə nəzərdə tutulan ödənişlər, həm də vaxtından əvvəl olan tələblər daxildir. Bu proses Azərbaycan banklarının ödəmə qabiliyyətinin məqbul səviyyədə olduğunu göstərir. Eyni zamanda bildirilir ki, mərkəzi bankın hesablamalarına əsasən, kommersiya banklarının sərəncamında 1,9 mlrd. manat həcmində likvid aktivlər mvcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR