Bank Of Baku

«Nikoil Leasing» şirkətinin məcmu lizinq portfeli 8,7 mln. dollara çatıb

«Nikoil Leasing» şirkətinin məcmu lizinq portfeli 8,7 mln. dollara çatıb
# 03 dekabr 2008 12:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Rusiyanın «Uralsib Leasing» şirkətinin Azərbaycandakı törəmə müəssisəsi olan «Nikoil Leasing» şirkətinin lizinq portfeli 2008-ci ilin dekabr ayının 1-nə 7,345 mln. ABŞ dolları təşkil edib.
Şirkətin baş direktorunun köməkçisi Elmira Quliyevanın «APA-Economics»ə verdiyi məlumata görə, indiyədək şirkət tərəfindən 15 lizinq müqaviləsi bağlanılıb ki, bu müqavilələrin dəyəri 8,679 mln. dollar təşkil edib. Şirkətin lizinq portfelinin diversifikasiyasına gəldikdə, əsas yeri nəqliyyat vasitələrinin lizinqi (60%) təşkil edir.
Qeyd edək ki, şirkət tərəfindən lizinq əməliyyatları illik 18-30%-lə maliyyələşdirilir.
Xatırladaq ki, «Nikoil Leasing» şirkəti Azərbaycanda 2007-ci ilin sonunda fəaliyyətə başlayıb. Şirkət yalnız korporativ müştərilərlə əməkdaşlıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR