Bank Of Baku

«AGBank» Azərbaycanda ilk dəfə «Standard & Poor’s» agentliyindən kredit reytinqi alıb

«AGBank» Azərbaycanda ilk dəfə «Standard & Poor’s» agentliyindən kredit reytinqi alıb
# 03 dekabr 2008 13:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankı (SİB) «Standard & Poor’s» beynəlxalq reytinq agentliyi tərəfindən uzunmüddətli «B» və qısamüddətli «C» kredit reytinqlərinə layiq görülüb. Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, uzunmüddətli kredit reytinqinin proqnozu «stabil» kimi qiymətləndirilib.
Reytinqin əsaslandırılmasında bankın əsas fəaliyyət növlərinin rentabelliyinin münasib səviyyəsi, həmçinin adekvat kapitallaşması qeyd edilib.
«Standard & Poor’s» agentliyinin qiymətləndirməsinə görə, «AGBank»ın rentabelliyi münasib səviyyədədir, aktivlərin rentabelliyi (ROA) 2007-ci ildə 2,7%, 2008-ci ilin birinci yarısında isə 2,9% təşkil edib.
Qeyd edək ki, ötən ay «Fitch Ratings» beynəlxalq agentliyi də «AGBank»a «B» reytinqini verib.
Xatırladaq ki, «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 217,293 mln. manat, kredit portfeli 159,889 mln. manat, depozit portfeli 140,183 mln. manat, məcmu kapitalı 30,08 mln. manat, o cümlədən, nizamnamə 15 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 14 filialı fəaliyyət göstərir ki, bunun da 8-i regionda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR