Bank Of Baku

«Vneştorqbank» Azərbaycanda bank alıb və nümayəndəlik açmağa hazırlaşır

«Vneştorqbank» Azərbaycanda bank alıb və nümayəndəlik açmağa hazırlaşır
# 03 dekabr 2008 13:53 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin bildirib.
Y.Şedrinin sözlərinə görə, VTB Azərbaycanın «AF Bank» səhmdar kommersiya bankının 51% səhmini alıb. Yaxın vaxtlarda VTB Azərbaycanın bank sektorunda fəaliyyətə başlayacaq.
Qeyd edək ki, «AF Bank» Azərbaycan Milli Bankı (AMB) tərəfindən 1993-cü ilin sentyabr ayının 22-də dövlət qeydiyyatına alınmış «Kontinent Bank» Səhmdar Bankının bazasında yaradılıb və onun hüquqi varisidir. «AF Bank» olaraq təşkilat 2002-ci ilin dekabr ayında fəaliyyət başlayıb və 2003-cü ilin iyun ayında Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR