Bank Of Baku

Azərbaycanda bankların məcmu mənfəəti son bir ildə 58% artıb

Azərbaycanda bankların məcmu mənfəəti son bir ildə 58% artıb
# 03 dekabr 2008 14:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank təşkilatlarının 2008-ci ilin yanvar-oktyabr ayları üzrə məcmu mənfəəti 238,22 mln. manat təşkil edib ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 58,04%, 2007-ci ilin ümumi göstəricisindən isə 38,4% çoxdur.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, mənfəətin strukturunda faiz gəlirləri 805,1 mln. manat (illik artım – 86,8%), faiz xərcləri 364,4 mln. manat (artım – 2 dəfə), qeyri-faiz gəlirləri 240,8 mln. manat (artım – 47,7%), qeyri-faiz xərcləri isə 278,20 mln. manat (artım – 55,1%) təşkil edib.
Qeyd edək ki, yanvar-oktyabr ayları ərzində bankların aktivləri üzrə xüsusi ehtiyatlara ayırmaları 164,67 mln. manata bərabər olub. Bu ayırmalar ötən ilin yanvar-oktyabr aylarında 81,55 mln. manat, 2007-ci ildə ümumilikdə isə 97,24 mln. manat təşkil edib. Ayırmaların artımı bank aktivləri, o cümlədən kreditlərin artımasının nəticəsidir. Belə ki, il ərzində aktivlərin artım tempi 65% təşkil edib.
Ümumilikdə, cari ilin yanvar-oktyabr ayları ərzində bankların fəaliyyətini uğurlu hesab etmək olar, çünki bankların mənfəəti artır. Hətta mənfəətin tərkib hissəsi olan faiz gəlirlərinin artım tempi aktivlərin artım tempini üstələyir. Lakin eyni zamanda vurğulamaq lazımdır ki, qeyri-faiz əməliyyatları zərərli olaraq qalır. Bunun əsas səbəbi isə bankların kreditləşməyə və digər faiz gəliri gətirən əməliyyatlara yüksək diqqət göstərməsi, həmçinin digər bank əməliyyatlarına, o cümlədən bank xidmətləri sahəsində əməliyyatlara az diqqət yetirməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR